10 günlük payız savaşı

110
1
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

10 günlük payız savaşı. İldırım sürətilə yayılan milli inam, birlik. 10 saatlıq danışıq, 40 saniyəlik bəyanat və 4 maddəlik atəşkəs. Humanitar atəşkəs, 72 saatlıq atəşkəs (Bilənlər bilir, “Sputnik”in görüşdən dərhal sonra paylaşıb, daha sonra sildiyi yazıdan başqa bir şey deyil), müvəqqəti atəşkəs (əgər atəşkəsin daimi forması da varsa, demək bu günə qədər mən öyrənə bilməmişəm) və s. Hamısını bir söz birləşdirir, atəşkəs. Canlı yayımlar, müraciətlər, hədələr, qorxular, yellənən barmaqlar, sevinclər və atəşkəs. Atəşkəsdən sonrakı brifinq qətiyyətlə səsləndirilən şərtlər olmadan razılaşdırılmış atəşkəsin bəzənməsi prosesinə bənzəyirdi. “Cədvəl”. Yoxdur cədvəl filan. Şərtlər növbəti danışıqlarda, növbəti və növbəti danışıqlarda təyin olunacaq. Olunacaq, olunacaq…

Qəribəsi odur ki, hal-hazırda Azərbaycanda üzdə olan bloggerlər, aktyorlar, aparıcılar atəşkəsdən sonra insanlara “hərbi terminologiyadan xəbəri olmayanlar damğasıyla” humanitar atəşkəsin nə olduğunu, diplomatiyadan xəbərsiz olduğu halda bu cür işlərə baş qoşmağın düz olmadığını izah etməyə çalışırdı. Müstəqillik tarixinin demək olar ki, hamısını müharibə şəraitində keçirən ölkədə, müharibə, sülh və atəşkəs sözlərini başa düşmək üçün diplomatiya bilmək lazımdır, yəni?!  Görünür, həqiqətləri, həqiqətləri kənara qoyaq, öz düşüncələrimizi belə deməkdən o qədər qorxuruq ki, bütün varlığımızla yalanların müdafiəsinə qalxmışıq. Biz özümüz öz dediklərimizə inanırıq, görəsən?!  Yeri gəlmişkən, ziyalının nə olduğunu da yaddan çıxarmışıq. Bircə dəqiqə. Axırıncı canlı şahidi olduğumuz ziyalı kim idi, ümimiyyətlə? Hamıya “ayə, ayə” qışqıran Rəşid müəllimi ağlınıza belə gətirməyin. Arada Bəxtiyar Vahabzadənin, Ziya Bünyadovun çıxışlarına baxıb təsəlli taparıq. Abutalıbova gülə gülə artıq bütün danışığımız, danışdıqlarımız, danışanlarımız onun kimidir. Hacı, gərək bağışlayasan.

İnformasiya müharibəsi. Ruandada milyondan çox adam misli görülməmiş sürətlə öldürüldü 1994-cü ildə. Dünya ictimaiyətinin vecinə oldu sizcə? Gəncəyə atılan bombadan gündə onlarla, yüzlərləsi düşür Fələstinə. Dünya ictimayiətinin vecinədi sizcə? İndi də heşteq paylaşımı başlanıb “Xocalı soyqırımı davam edir”. Demək, ermənilər istədikləri vaxt bizi qıracaqlar, istədikləri vaxt istədikləri yerə raket atacaqlar, biz də beynəlxalq ali hüququn normalarını gözləyəcəyik, hə?! Beynəlxalq hüquq güclülərin tərəfindədir. Qarabağı alıb 30 il gözləyəcəkdik. Heç bir informasiya müharibəsinə ehtiyac qalmayacaqdı. 30 ilə heç YekəDal West də qalmazdı. Beynəlxalq ictimaiyət üçün haqlı biz olacaqdıq. Deyin, mən hekayə hissəsində Fələstinin gününə qaldığımızı necə paylaşım, axı?! Hər 2 gündən bir, bir yerə sancılan Azərbaycan bayrağı videosu paylaşa biləcəyimiz halda, heşteqlə “bizə qarşı soyqırım davam edir” yazım?

Bütün millət, xalq prezidentə (bu vəzifədir, şəxslər yox), bu dövrdə dəstək əlbəttə ki, verməli idi və verirdi. Hətta “müxalifət”imiz də. Sağ olsunlar. Ancaq, deyəsən, növbəti və bəlkə də sonuncu dəfə, əzəmətli, nəhəng Sibir ayısı bütün dünyaya bu coğrafiyada kimin hökmran olduğunu göstərdi.

Səhər 4-də, hamı yuxusunun ən şirin yerində olan vaxt bir ölkənin 2-ci ən böyük şəhərində sıx yaşayış yerinə atılan raketin qəlpələrinə hansı mesaj ilişdirlib, sizcə?! Ora hansı mesaj ilişdirilib dəqiq bilmirəm, ancaq, bizim hara və hansı mesajı verəcəyimizi təxmin edə bilirəm. #atəşkəsiləğvet #stopceasefire #прекратитьперемирие

 

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

1 comment

Poçt Qutusu