Faydalı və hər an işinizə yarayacaq 15 veb səhifə

156
0
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:
  1. 10-minute email

Xüsusilə son illərdə, demək olar ki, bütün veb səhifələr nə üçün istifadə olunmasından asılı olmayaraq, istifadə üçün elektron poçtunuzla qeydiyyatdan keçməyi tələb edir. Bəzi saytlar güvənilir ya da ən azından elektron ünvanınızı qeyd etməyə uyğun olsa da yalnız bir dəfə və ya bir neçə dəqiqə istifadə edəcəyiniz bir çox saytlarda elektron ünvanınızla qeydiyyatdan keçnək məqsədə uyğun sayılmır. Bu məsələni rahatca aradan qaldıra biləcəyiniz veb səhifəsi sizə 10 dəqiqəlik müvəqqəti elektron poçt ünvanı verir ki, bu da istənilən saytda istifadəyə yararlı olur.

  1. Hemingwayapp

Bir çoxunuzun bildiyi “grammarly” proqramı ingilis dilində olan yazılarınızda, xariclə yazışmalarınızda köməyinizə çatır, ancaq, necə deyərlər “helikopter havayla gəlir, havayı gəlmir”. Hemingwayapp.com veb səhifəsi isə heç bir ödəniş tələb etmədən yazılarınızda səhvləri düzəltməyinizə yardımçı olur.

  1. draw.io

Universitet dönəmində, hal-hazırda özümün də kifayət qədər istifadə etdiyi bir veb səhifəsidir. Diaqramlar qurmaq üçün kifayət qədər uyğundur. Elmi məsələlərdə və eyni zamanda gündəlik həyatınızda, məsələn, günlük planınızı quracağınızda köməyinizə çata bilir.

  1. Wetransfer

Böyük ehtimalla bəzilərinizin məlumatı var. Mənə də yaxınlarımdan biri tövsiyyə etmişdi, wetransfer saytında 2gb ölçüsündə istənilən faylı bir və ya bir neçə nəfərə asanlıqla göndərə bilirsiniz. Göndərdiyiniz şəxs və ya şəxslər də 7 gün ərzində bu faylları istənilən vaxt əldə edə bilirlər. Bu veb səhifə eyni zamanda istifadəçilərinin incəsənət biliklərini artırmaq məqsədilə, hər dəfə veb səhifəni açdığınızda sizə müxtəlif incəsənət nümunələri göstərir.

  1. radio.garden

6 yaşında bir qızın Beethovenə yazdığı məktubdan sonra, Beethovenin göndərdiyi cavab məktubu belə bitir : “Sənət və elmlə məşğul ol, bu iki şey insanı tanrı qatına yüksəldir.” Dünyanın hər yerindən radio stansiyalara qoşulub fərqli mədəniyyətlərin sənət nümunələrinə qulaq asa biləcəyiniz unikal bir veb səhifəsidir radio.garden.

  1. Boxoh

Yəqin ki, bir çoxunuz alış-veriş saytlarından kifayət qədər istifadə edib, müxtəlif istehlak malları sifariş edirsiniz. Xüsusilə, pandemiya dönəmində kifayət qədər gecikmənin baş verdiyini nəzərə alsaq boxoh.com istənilən məhsulun harada olduğunu google map üzərindən sizə asanlıqla göstərir.

  1. Supercook

Evdə oturmusunuz, dincəlirsiniz. Birdən ac olduğunuzu hiss eləyirsiniz. Amma maraqlı nəsə hazırlamaq, yemək istəyirsiniz. Əlinizdə ərzaqlar var ancaq nə hazırlayacağınız ağlınıza gəlmir. Həmin vaxt girirsiniz supercook.com saytına, evdə olan məhsulları qeyd edirsiniz və supercook sizə bu məhsullardan nə hazırlaya biləcəyinizi göstərir. Növbənöv, çeşid-çeşid təamlar. Əgər hazırlasanız, nuş olsun!

  1. Deadmansswitch

Həyat gözlənilməzliklərlə doludur və heç birimiz nə vaxt başımıza nə gələcəyini bilmirik. Əgər bir gün bu dünyadan vaxtsız getsək, geridə qalanlara bir neçə cümlə demək istəyə bilərik. Deadmansswitch bu imkanı yaradır.

  1. Haveibeenpwned

Bir çox saytlarda elektron poçt ünvanlarımızla qeydiyyatdan keçirik. Bu veb səhifələr zaman-zaman internet ovçularının hücumuna məruz qalır və istifadəçilərin məlumatları oğurlanır. Əgər elektron ünvanınızın belə hücumlardan birinin qurbanı olub olmadığını öyrənmək istyirsinizsə, haveibeenpwned bunun üçün yaradılıb. Sadəcə, elektron poçt ünvanınızı yazmaqla lazım olan məlumatı əldə edə bilərsiniz.

  1. Virustotal

Bir çox hallarda kompyuterlərə düşən virusların səbəbi internetdən yüklədiyimiz fayllar olur. Daha sonra bu ciddi problemlərə gətirib çıxara bilir. Virustotal yükləyəcəyiniz faylın hər hansı virus daşıyıb daşımadığını qabaqcadan sizə bildirir.

  1. Urbandictionary

İngilis dilində istifadə olunan frazaları və deyimləri, xüsusilə sosial mediada istifadə olunan gündəlik sözlərin mənasını urbandictionary də tapmaq olar (ingilis-dilində).

  1. fiveminutes

Sizə sanki bir filmin içində olduğunuzu hiss etdirəcək, bəzi seçimləri sizin etdiyiniz bir oyun təklif edir fiveminutes.

  1. Musclewiki

Əgər idmanın insan sağlamlığına olan faydasını dərk etmiş və artıq fəaliyyətə keçmisinizsə bu sayt işinizə yarayacaq. Beləki inkişaf etdirmək istədiyiniz əzələnin üstünə toxunduğunuzda sizə həmin əzələni inkişaf etdirmək üçün uyğun hərəkətləri izahıyla birgə göstərir musclewiki.

  1. Tastedive

Bəzən bir filmə baxırsınız və kaşki bir neçə daha belə film olsaydı deyirsiniz. Tastedive, sevdiyiniz filmi axtarış yerinə yazdığınızda sizə baxdığınız filmə bənzər filmləri təklif edir.

  1. Earth Engine

Planetimizin son 35 ildə necə dəyişdiyini görə biləcəyiniz bir saytdır earth engine. Xəritədə istənilən bir coğrafiyanı seçirsiniz və həmin ərazinin bu illər ərzində dəyişimini rahatlıqla görə bilirsiniz.

 

Bu veb səhifələrin bəziləri sadəcə, işinizdən və ya dərsinizdən müəyyən müddətlik fasiləylə ayrılmaq istəyəndə vaxtınızı keçirə biləcəyiniz bəzilərisə, sizə yardım edəcək veb səhifələrdir.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu